"Şahbaz Şərifin fikirləri təkcə diplomatiya tarixinə düşmədi, eyni zamanda..."

 13:04 25.02.2025     129

"Dünən ölkəmizin paytaxtında qürurverici bir tarix yaradıldı. Bu barədə hələ çox yazılacaq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı özünün feysbuk hesabında yazıb.

"Ancaq bir məsələyə diqqəti yönəltmək istəyirəm. Dünyanın nüfuzlu, böyük və nüvə dövlətlərindən biri olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata bəyanatında cənab Prezidentimiz İlham Əliyevə müraciətlə söylədiyi və millətimizin qürur duya biləcəyi “Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz”, “Mən Sizin səmimiyyətinizə, liderliyinizə, müdrikliyinizə və baxışınıza görə həddindən artıq minnətdaram,” “Əziz qardaşım Prezident İlham Əliyev, Sizi əmin etmək istəyirəm ki, mən etimadınızı doğruldacağam, sizin sürətinizi və üzərinizə götürdüyünüz öhdəliklərinizi qarşılamağa və hətta ondan da artığını etməyə çalışacağam” fikirləri təkcə diplomatiya tariximizə keçmədi, eyni zamanda dövlət başçımızın müdrik dünya lideri və çoxlarına nümunə olduğunu göstərdi", - deyə vitse-spiker əlavə edib.

Turan İSMAYIL