Xocalı qurbanlarını ehtiramla yad edir, Azərbaycana dəstəyimizi vurğulayırıq - TDT

 19:56 25.02.2025     80

Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq.

Redaktor.az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” sosial şəbəkəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb.

"Bu gün biz Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi, müasir tarixin ən faciəli və vəhşi əməllərindən biri olan Xocalı soyqırımının 33-cü ildönümünü qeyd edirik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Bu anım günündə bir daha Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğumuzu vurğulayırıq", - paylaşımda deyilir.