Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası bu tarixdə keçirilə bilər

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası martda keçirilə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Nazir müavini tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deyib. O, Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı tərəflər arasında bu məsələdə konsensusun olması ilə izah edib.