"Qarabağın Ermənistana birləşdirilməsi məsələsi yeni müharibə ilə nəticələnə bilər"

 11:22 28.02.2025     100

"İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb. Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın imzalanması prosesi ciddi maneələrlə rastlaşmışdır".

Redaktor.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Nizami Səfərov deyib.

"Məsələ burasındadır ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. Prezident İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər".

Türkan İSGƏNDƏRLİ