"Ermənistan torpaqlarımıza etdiyi təcavüzlərə görə heç kim hüquqi məsuliyyət daşımayıb"

 11:27 28.02.2025     94

"30 il bundan əvvəl baş verən Sumqayıt hadisəsi SSRİ-nin Azərbaycan qarşı etdiyi cinayətlərin növbəti tərkib hissədi idi".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hicran Hüseynova deyib. 

"Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs, 1 nəfər də ölüm cəzası alıb. Lakin Ermənistan Azərbaycanın tarix boyu sıx yaşadığı ərazilərdə 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox insanın ölümündə günahı olanlarla bağlı heç bir qərar qəbul etməyib. Ermənistan həmişə özünü əzilən kimi göstərməyə çalışıb. Səbəb isə anti-Azərbaycan ideyası formalaşdırmaq idi. Dünən Ermənistan XİN Sumqayıt hadisələri ilə bağlı bəyanat verib. Bu onların nə qədər saxtakar siyasət yeritdiyini göstərir. Ermənistan bizim torpaqlara etdiyi təcavüzlərə görə heç kim hüquqi məsuliyyət daşımayıb. Mən inanıram ki, onlar cəzalarını çəkəcəklər".

Türkan İSGƏNDƏRLİ