"Milli maraqlarımızı qorumaq hər bir Azərbaycanlının borcudur"

"Dünyada ədalətsizliyin pozulduğu məqamda Azərbaycan öz ədalətliliyi ilə seçilir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.
"Bu gün Azərbaycan təkcə regionda deyil, eləcə də qlobalda uğurlu siyasəti ilə tanınır. Prezident İlham Əliyev həmişə ölkə və xalq üçün düzgün qərarlar verir və biz bunun həmişə bəhrəsini görmüşük. Keçmişimizi, tariximizi, hansı ölkədə yaşamağımıza baxmayaraq, milli maraqlarımızı qorumaq hər bir Azərbaycanlının borcudur".
Türkan İSGƏNDƏRLİ