"Xocalı faciəsi cinayətkarlarının cəzalandırılmasını qəti şəkildə tələb etməliyik"

 11:46 28.02.2025     89

"Baş nazir Paşinyan bir tərəfdən Ermənistan hakimiyyəti adından sülhdən danışdığı halda digər tərəfdən ölkəmizə qarşı böhtan və iftira xarakterli qarayaxma kampaniyaları təşkil etdirir. Avropa Parlamenti isə ölkəmizə qarşı qərəzli niyyətlərini guya “bölgəyə sülh gətirmək istəyi” adı altında pərdələməyə çalışır. Avropa Parlamentində atılan addımlar bir daha sübut edir ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olunmasına qarşı çıxır və hər vəchlə buna mane olmağa çalışır".

Redaktor.az xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında millət vəkili Cavanşir Feyziyev deyib.

"Ermənistanın etdiyi saxtakarlığa qarşı susmalıyıq. Onlara qarşı sərt tədbirlər görməliyik. Xüsusilə də sülh müqaviləsində bunu göstərməliyik. Biz bu saxtakarlığı cavabsız qoymamalıyıq və qarşılığında sülh bağlanması üçün aparılan danışıqlarda şərtlərimizi sərtləşdirməliyik. Bir halda ki, Ermənistan məhz Xocalı soyqırımı ərəfəsində ölkəmizə qarşı bu təxribatı təşkil edib, biz də məhz bu faciəsinin törədilməsində birbaşa və dolayısı ilə iştirak etmiş Zori Balayanın, Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın, Seyran Ohanyanın, Vitali Balasanyanın, Samvel Babayanın və digərlərinin Azərbaycana təhvil verilməsini tələb etməlidir. Eyni zamanda, bu tələbimizi bağlanması nəzərdə tutulan sülh müqaviləsinin mətnində Ermənistanın öhdəliyi kimi əks etdirməliyik".

Türkan İSGƏNDƏRLİ