"Ermənistan adlı respublika yoxdur" - Millət vəkili

 11:50 28.02.2025     96

"Azərbaycan Prezidenti sülh istəyir, amma Ermənistan buna imkan vermir"

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Hikmət Məmmədov deyib.

"Bura bəzi zəruri əlavələr lazımdır. Paşinyanın iddia etdiyi layihədə Ermənistanın qanuni ərazisi 29.8 kvadrat km deyil. Çünki 1918-ci il may ayının 29-da AXC tərəfindən bəyan edilən İrəvan paytaxt olmaqla yaradılan Ermənistan üçün ayrılan torpaq 9 kvadrat km-dir. İkincisi, Ermənistan adlı respublika yoxdur. Bu "Ərməniyə" ərazisindən irəli gəlir. Onların bu addan istifadə etməyə haqqı yoxdur. Onlardan adının "Hayastan" kimi dəyişməsi zəruridir.

Üçüncüsü, Paşinyan bəyan edir ki, Ermənistanın yeni konstitusiyası legitim olacaq. Bunun üçün 300 min Qərbi azərbaycanlı da bu konstitusiyaya səs verməlidir. Çünki həmin azərbaycanlılar Ararat respublikasının və bugünkü Ermənistanın qurulmasında böyük rola malik olublar".

Türkan İSGƏNDƏRLİ