Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minaların törətdiyi təhlükəyə diqqət çəkib.
Redaktor.az xəbər verir ki, paylaşımında minaları "səssiz ölüm" adlandıran H. Hacıyev bu məsələdə məsuliyyəti bilavasitə rəsmi İrəvanın daşıdığını qeyd edib:
"Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir".