Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq - Ərdoğan

 21:20 03.03.2025     238

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

 O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: “Eyni zamanda Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq”.