"Ərdoğanın “dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır" - Fəxrəddin Altun

 14:02 04.03.2025     157

Bakıda "Hilton" hotelində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Tərəfindən “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantı keçirilir.

Redaktor.az-ın məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun təbdir iştirakçılarına videomüraciət edib.

“Türkiyə olaraq dünyada ədalət və bütövlük ideyasına tam sadiqik. Bu vizyon qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Məlumdur ki, BMT-nin əsas missiyası və proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib. Məhz bu kontekstdə Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır", - o deyib.

F.Altun qeyd edib ki, təşkil etdikləri panel müzakirələr fərqli fikirləri bir araya gətirərək daha güclü dialoq mühiti formalaşdırmağa yönəlib.

"Bu forum daha ədalətli bir dünya naminə inamımızı daha da artırır", - deyə türkiyəli siyasətçi bildirib.