Sabah İğdır-Naxçıvan qaz kəmərinin açılışı OLACAQ

 19:20 04.03.2025     102

Sabah İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi keçiriləcək.

Redaktor.az xəbər verir ki, açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı baş tutacaq.

Azərbaycan və Türkiyə prezidentləri qaz kəmərinin açılışını videobağlantı vasitəsilə edəcək.

Qeyd edək ki, İğdır-Naxçıvan təbii qaz kəmərinin təməli 25 sentyabr 2023-cü il tarixində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.