"Qaz kəməri Naxçıvanın güvənliyi baxımından tarixi addımdır" - Deputat

"Bu olduqca önəmli hadisədir. İğdır - Naxçıvan təbii qaz boru xəttinin açılması münasibəti ilə bütün xalqımızı təbrik edirəm".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.
"Naxçıvanın güvənliyi baxımından tarixi addım! Allah qardaşlığımızı qorusun!", - deyə deputat əlavə edib.
Xatırladaq ki, bu gün İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə dövlət başçıları tədbirdə iştirak ediblər.
Turan İSMAYIL