"Rusiyanın amansız hücumlarının şahidi olacağıq"

Ağ Evdə Donald Trampla Volodimir Zelenski arasında yaşanan mübahisədən sonra ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb.
Ukraynanın Rusiya işğalına qarşı müharibə apardığı bir dövrdə ABŞ-nin bu addımı vəziyyətin gedişatına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əziz Əlibəyli bildirdi ki, ABŞ Ukraynaya həm hərbi təchizatı, həm də ümumilikdə lokasiyaların idarə olunması dəstəyini dayandırıb.
"Vəziyyət bununla da yekunlaşmadı. Ukraynanın ABŞ-nin maraqlarına yönləndirilməsi və Vaşinqtonun tələblərinin qəbul etdirilməsi prosesi həyata keçirilirdi. Hazırkı mərhələdə Rusiyanın amansız hücumlarının şahidi olacağıq. Bununla paralel olaraq, bütün tərəflər zərbəni vahid nöqtəyə yönəldirlər. Bunun əsas səbəbi Zelenskini ABŞ ilə saziş imzalamağa məcbur etməkdir. Lakin hər keçən gün müharibənin dayandırılması ilə bağlı saziş imzalanmadıqca, Zelenski şanslarını itirir. Onun hakimiyyət daxilində çevrilişə məruz qalması və ya fiziki məhv edilməsi ilə bağlı iddialar mövcuddur. Proseslərin nəticəsi aydındır: Ukrayna təslim olmalıdır",- deyə politoloq bildirdi.
Aytəkin TOFİQQIZI