Bu vəzifəyə yeni rəis təyin EDİLDİ

Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı fövqaladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Bu vəzifə mayor Ruslan Mehtiyevə həvalə olunub.
Qeyd edək ki, o, buna qədər müavin vəzifəsində çalışıb.