“Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil - Nikol Paşinyan

 19:48 13.03.2025     129

“Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

O, bunun tarixlə bağlı olduğunu qeyd edib.

Paşinyan Türkiyə ilə münasibətlərin normallaşma prosesinə də diqqət çəkərək bəzi müsbət addımların atıldığını qeyd edib: “Bu, sadəcə zaman məsələsi olacaq və təbii ki, müxtəlif şəraitlərdən təsirlənəcək. Bu normallaşma daha üç ay, altı ay və ya bir il gecikə bilər. Amma bu gün mənim anlayışım belədir ki, bu yalnız zaman məsələsidir və biz bu prosesdə səbirlə davam etməliyik. Hər şeydən əvvəl zərər verməmək prinsipini qəbul etməliyik. Əgər biz bu prosesə bilərəkdən zərər vurmasaq, məncə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması artıq an məsələsidir”, - Paşinyan vurğulayıb.