Aİ-nin Azərbaycanla sərhəddə casus missiyası yenidən aktivləşib

 23:00 17.03.2025     117

Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhədində yerləşdirilən casus missiyasının yeni görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, görüntülərdən də göründüyü kimi, Aİ-nin müşahidə missiyasına məxsus maşın karvanı Laçın və Zəngilan istiqamətlərində sərhədə doğru irəliləyir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.

Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.