Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı - VİDEO

Erməni əsgərin Azərbaycan hərbçilərinə qarşı etdiyi təxribatın görüntüləri yayılıb.
Redaktor.az xəbər verir ki, Caliber.az-ın yaydığı görüntülərdə erməni əsgərin sərhəddə xidməti postunda təxribat törətdiyi, əvəzində isə Azərbaycan hərbçilərinin təmkinli və peşəkar davranışı öz əksini tapıb.
Qeyd olunur ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.
“Nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Ermənistanın bu təxribatları ya ordudakı intizamsızlığın göstəricisidir, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda, eskalasiyanın əsas səbəbkarı İrəvandır” - məlumatda qeyd olunur.