Ərdoğan Trampla hansı məsələləri müzakirə edəcək? - AÇIQLAMA

 14:31 19.03.2025     177

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.

Görüşdə hansı məsələlər müzakirə oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, Ərdoğanla Trampın görüşü gözləniləndir:

"ABŞ-nin prezidenti yeni seçilib və yeni seçkidən sonra tərəflər arasında yeni münasibətlərin formalaşdırılması üçün kifayət qədər danışılacaq və müzakirə olunacaq məsələlər var. Nəzərə almaq lazımdır ki, Bayden administrasiyası dövründə ABŞ Prezidenti olaraq Co Bayden "erməni soyqırımı" ifadəsini dəfələrlə işlədib. Bu o deməkdir ki, Amerika və Türkiyə arasında ciddi bir gərginlik var".

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Müsahibimizin sözlərinə görə, münasibətlərin normallaşdırılması üçün yeni administrasiya addımlar atmalıdır.

"Bunun üçün müzakirələrə ehtiyac var. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanla Donald Trampın görüşü bu baxımdan çox önəmli olacaq. Yəqin ki, bu görüşün baş tutması gələcəkdə Türkiyə-ABŞ münasibətlərinə ciddi təsir edəcək amilə çevrilə bilər. Əgər bu baş tutarsa, ikili münasibətləri, regional münasibətləri, qlobal münasibətləri müzakirə edəcəklər. Suriya, Ukrayna məsələləri müzakirə oluna bilər. Nəhayət, Türkiyənin Cənubi Qafqaz siyasəti də müzakirə mövzusu ola bilər", - deyə politoloq bildirdi.

Aytəkin TOFİQQIZI