Xamenei Trampa məktub yazacaq

 16:35 20.03.2025     115

İran hakimiyyəti yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampın İslam Respublikasının ali lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktuba cavab göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçi bildirib.

“Təzyiq, təhdid və artan sanksiyalar altında birbaşa danışıqlar aparmayacağıq. Danışıqlar bərabər şərtlərlə aparılmalıdır”, - Arakçi qeyd edib.

Nazir İran dövlət televiziya və radio şirkətinin efirində “Biz yaxın günlərdə Trampın məktubuna cavab verəcək və müvafiq kanallar vasitəsilə göndərəcəyik” deyib.

Araqçi qeyd edib ki, Trampın İrana göndərdiyi məktubda təhdidlər var.

“Ancaq o, həm də imkanların olduğunu bildirir. Biz həm təhlükələri, həm də fürsətləri görəcəyik”, - diplomat əlavə edib.

Tramp Tehranı Vaşinqtonla nüvə proqramı barədə razılığa gəlməyəcəyi təqdirdə hərbi güclə hədələyib. Amerika lideri maksimum təzyiq siyasətinə qayıdan fərman imzalayıb və İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bildirib.

 Xamnei Tehranın təzyiq altında danışıqlar aparmayacağını vurğulayıb.