İmamoğluya dəstək aksiyalarında 343 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya dəstək aksiyalarında 350-yə yaxın şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, dünən gecə İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə baş verən etiraz aksiyalarında iştirak edən 343 şübhəli tutulub.