Azərbaycan XİN Panama Respublikasını təbrik ETDİ

 23:00 06.04.2025     182

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Panama Respublikasını iki ölkə arasında diplomatik münasibətlərin ildönümü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub.

“Azərbaycanla Panama arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Panamanı təbrik edirik!

Bu gündə ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd olunur.