"Gələcək perspektivdə yunanlar türkləri adadan qovmaq planına malikdir"

 13:12 08.04.2025     266

"Azərbaycan Şimali Kipr Türk Respublikasını müstəqil dövlət kimi tanımalıdır. Yunan Kiprini BMT tanıdığı üçün bir çox ölkələr tanıyır. Artıq Mərkəzi Asiyanın türk dövlətləri də Yunan Kiprini tanımaq qərarı verib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, deyib ki, Azərbaycan mövqeyi Şimali Kiprlə bağlı BMT tərəfindən tanınmadığına əsaslanır:

"Həmçinin 30 ilə yaxın Qarabağ münaqişəsinə görə Azərbaycan tərəfi Şimali Kipri tanımayıb. Hazırda münaqişə bitib, yeni dünya siyasi nizamı yaranır. BMT uzun illər Azərbaycanla bağlı qətnamələrin yerinə yetirilməsi üçün hərəkətə keçməyib. Şimali Kipr Türk dövlətləri təşkilatında yer alır. Olar bilər ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra, Şimali Kipri müstəqil dövlət kimi tanısın. Amma, hazırkı situasiyada tanınmasında heç bir problem olmamalıdır.

Faktiki olaraq Yunan Kipri adada türklərə qarşı ayrı-seçkilik siyasəti aparıb. Adada hər iki xalqın birgə yaşayışı mümkün görünmür. Gələcək perspektivdə yunanlar türkləri adadan qovmaq planına malikdir. Kipr türklərinin adada mövcudluğu və etnik təmizləmədən qorunması müstəqil bir dövlət kimi tanınmasından keçir. Türkiyənin Azərbaycanin Şimali Kipri tanıması istəyində olduğu istisna deyil. Türkiyə qarşı Yunan Kipri formalaşan bloklarda yer alır. Ermənistanla hərbi əlaqələri inkişaf etdirir".

Vasif