"Ermənistanla normallaşma Azərbaycanın tələblərinə uyğun sülh sazişinin imzalanmasından keçir"

 13:31 08.04.2025     224

Türkiyənin Ermənistanla sülh və normallaşma istiqamətində addım atması Ermənistanın Azərbaycanla tələblərə uyğun sülh sazişi imzalamasından keçir.

Redaktor.az xəbər verir ki, bunu Qarabağ Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda çıxış edən Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan deyib.

O vurğulayıb ki, münasibətlərin qurulması Ermənistan Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qəbul edərək, sülh sazişini imzalayacağı təqdirdə mümkündür:

“Bundan fərqli bir istiqamətdə Türkiyənin Ermənistana yönələn hər hansı bir addım atması mümkün deyil” (Report).