Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə OLUNDU

 19:42 08.04.2025     214

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.

Redaktor.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

"Azərbaycan- Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - M.Cabbarov qeyd edib.