Rusiya və ABŞ arasında danışıqlar İstanbulda başlayır

 10:20 10.04.2025     234

Rusiya ilə ABŞ arasında diplomatik əlaqələrin bərpası ilə bağlı danışıqlar başlayır.

Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.

Görüş bu gün Bakı vaxtı ilə saat 11:00-də İstanbulda keçiriləcək.

Məlumata görə, hər iki ölkənin nümayəndə heyətləri danışıqların keçiriləcəyi məkana çatdıqdan dərhal sonra görüş başlayacaq.

Danışıqlarda əsas məqsəd diplomatik missiyaların fəaliyyətinin yenidən bərpa olunmasıdır.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən