"Azərbaycan haqlı olaraq zamanında İsraillə münasibətləri inkişaf etdirdi"

 12:03 11.04.2025     184

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Yaxın Şərqdə əsas aktorlarından birinə çevrilib”.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənir.

“Bu baxımdan Türkiyə ilə İsrailin Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq zamanında İsraillə münasibətlərin təməlini qoyaraq uğurla inkişaf etdirdi. Bu baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir”, - deyə C.Məmmədov vurğulayıb.