Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə GÖRÜŞDÜ

 22:21 11.04.2025     201

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.

Bu barədə Redaktor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.