Antalyada Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş keçirildi - Video

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.