“ATƏT-in Minsk Qrupunun ləğv edilməsindən sonra münasibətlərin bərpası qarşısıda heç bir maneə qalmayacaq” - Ceyhun Bayramov

 13:35 12.04.2025     187

Münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupunun ləğv edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin bərpası qarşısında heç bir maneə qalmayacaq.

Redaktor.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.