Ceyhun Bayramov Lavrovla görüşdü - FOTO - YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Redaktor.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
15:38
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.
Görüş IV Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində baş tutub.
Görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.
Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.