"Ermənistan sülh müqaviləsini imzalamaq üçün masaya oturmaq istəmir"

Azərbaycanın qələbəsinə və torpaqlarını işğaldan azad etməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamaq üçün masaya oturmaq istəmir.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
Onun sözlərinə görə, bu məsələ TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müzakirə mövzusu ola bilər: "Eyni zamanda gələcəkdə birgə fəaliyyətimiz üçün razılaşma və memorandumlar da imzalaya bilərik".