"Sülh sazişi ilə Minsk qrupunun ləğvinə dair sənədi eyni vaxtda imzalamağı təklif edirik"

 12:19 15.04.2025     236

"Biz Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif edirik".

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Yəni sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq”, - Paşinyan vurğulayıb.