"Ermənistan tərəfi hələ də səmimi sülhdə maraqlı deyil"

 17:20 16.04.2025     226

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi ilə ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif edib.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistan hələ də münaqişənin davam etdiyi görüntüsünü yaratmağa çalışır:

“Halbuki artıq Minsk qrupunun fəaliyyəti bitib. Yəni Ermənistan tərəfi hələ də səmimi sülhdə maraqlı deyil. Çünki Paşinyan sözdə bunu deyir, amma praktiki olaraq addımlar atmır. Azərbaycanın isə tələbi ondan ibarətdir ki, konstitutsiya dəyişməlidir, ATƏT-in Minsk qrupunun buraxılmasına gedilməlidir. Amma Ermənistan bunu sülh müqaviləsinə salmaq istəyir. Yəni Ermənistan bu proseslə sülh müqaviləsində maraqlı olmadığı görüntüsünü yaradır. Azərbaycan isə bununla qəti razı deyil. Bu isə Paşinyanın növbəti manevridir. O, göstərmək istəyir ki, sülhə hazırdır, amma sülhü bloklayan, əngəlləyən prosesə getmək istəmir”.

Vasif ƏLİHÜSEYN