“Bu gün Tbilisidə üçtərəfli görüş olacaq” - Ermənistan XİN

 09:42 17.04.2025     184

Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.

Bildirilib ki, görüşdə regional əməkdaşlıq məsələlərinin müzakirə edilməsi gözlənilir.