Tramp miqrantların deportasiyasını sürətləndirmək istəyir

 10:33 17.04.2025     123

ABŞ-nin Prezidenti Donald Trampın administrasiyası miqrantların ölkədən çıxarılması prosesini daha da sürətləndirmək planı üzərində işləyir.

Redaktor.az barədə "Bloomberg" nəşrinə istinadla məlumat verir.

Məlumata görə, ABŞ Ədliyyə Departamenti immiqrasiya hakimlərinə sığınacaqla bağlı işləri tez bir zamanda nəzərdən keçirməyi tapşırıb. Məqsəd sığınacaq tələblərini tam dinləmədən rədd etmək və deportasiya prosesini qısaltmaqdır.

Daha əvvəl Tramp administrasiyasının bir il ərzində bir milyona yaxın miqrantı deportasiya etmək istədiyi bildirilmişdi. Həmin dövrdə 400 mindən çox insan ölkədən çıxarılıb ki, bu da Obamanın prezidentliyi dövründəki rekord göstəricidən çoxdur.

Tramp 2024-cü ildə yenidən bildirib ki, hakimiyyətə gəldiyi halda, dörd il ərzində bütün qeyri-qanuni miqrantları ölkədən çıxarmağı planlaşdırır. O, bəzi hallarda xüsusilə uzun illər ABŞ-də yaşayan gənc miqrantlar üçün  istisnaların ola biləcəyini də vurğulayıb.

Aytəkin TOFİQQIZI