Ermənistanla sülh sazişi əsas məsələlər həll edildikdən sonra mümkündür - Ceyhun Bayramov

Əsas məsələlər həll olunandan sonra Ermənistanla sülh sazişinin əldə olunması mümkündür.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan həmişə dialoqun dəstəklənməsinə tərəfdar olub və son illər biz erməni tərəfi ilə bu dialoqu kifayət qədər intensiv şəkildə aparırıq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüşümüz oldu. Görüş məhsuldar və mövqe mübadiləsi baxımından hər iki tərəf üçün faydalı oldu. İki il yarım ərzində bu proses bir daha sülh sazişinin mətni kimi ilkin razılaşmanın əldə olunması ilə nəticələndi. Sülh prosesinin təşəbbüskarı olan və Ermənistanla sülh sazişi layihəsinin müəllifi olan Azərbaycandır.”.
Eyni zamanda, nazir vurğuyıb ki, Azərbaycan tərəfi bir daha Ermənistana həll edilməmiş məsələlərin siyahısını çatdırıb ki, onların aradan qaldırılması yekun razılığa nail olmaq üçün zəruridir.
"2022-ci ildən biz ardıcıl olaraq Ermənistana öz tələblərimizi, o cümlədən, onun Konstitusiyasına dəyişiklik edilməsi zərurətini çatdırırıq. Biz Ermənistan tərəfinin diqqətini ATƏT-in Minsk Qrupunu qoruyub saxlamaq cəhdlərinin nəticəsiz qalmasına yönəltmişik", - deyə C.Bayramov bildirib.