"Minatəmizləmə sahəsində əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq" - Tanya Fayon

 14:19 17.04.2025     136

Sloveniya Azərbaycanla minatəmizləmə sahəsində uzun illərdir əməkdaşlıq edir.

Redaktor.az xəbər verir ki, bunu aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Sloveniyanın xarici işlər naziri Tanya Fayon bildirib.

“Humanitar minatəmizləmə sahəsində əməkdaşlığımız uzun illərə dayanır və biz bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq. Regional təhlükəsizlik məsələlərinə isə xüsusi diqqətlə yanaşırıq”, – deyə nazir vurğulayıb.