“Müharibəni unudun!” - Paşinyan

 16:45 17.04.2025     232

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb”.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə danışıb.

“İki ölkə arasında eskalasiya və müharibəni unudun”, - deyə, Paşinyan çıxışı zamanı çağırış edib.

O vurğulayıb ki, Ermənistan hökuməti bu məntiqə zidd nə bəyanatlar verəcək, nə də addımlar atacaq.