"Sülh Azərbaycandan çox Ermənistana lazımdır" - AÇIQLAMA

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni razılaşdırılıb. İki ölkə arasında eskalasiya və müharibəni unudun". Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deputatlara deyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, Ermənistan tərəfi bu tip mövqe sərgiləyirsə, sülh əldə etmək mümkündür:
"Bizim konkret Ermənistan tərəfinə bildirdiyimiz məsələlər var. Həmin məsələlər həll olduqdan sonra sülhlə bağlı danışıqlar aparıb, müqavilə imzalamaq olar. Ermənistan Konstitusiyasında bir neçə maddədə dəyişikliklər edilməlidir. Bu əsas şərtdir. Bunsuz daimi sülh əldə etmək mümkün deyil".
Politoloq qeyd etdi ki, Ermənistanın Konstitusiyada bizə və Türkiyəyə qarşı ərazi iddiaları var.
"Ermənistan öhdəliklərinə əməl etməlidir. Kommunikasiya xətlərinin açılması məsələsini həll etməlidir. Zəngəzur dəhlizi açılmalıdır. Bununla bağlı Ermənistanın öhdəliyi var. ATƏT-in Minsk qrupu sərhəddən uzaqlaşdırılmalıdır. Sərhəddə olan silahlar yığışdırılmalıdır. Bunlar həyata keçiriləcəksə, Azərbaycan sülhə hazırdır. Sülh Azərbaycandan çox Ermənistana lazımdır", - deyə Z.Əmrəliyev vurğuladı.
Aytəkin TOFİQQIZI