"Azərbaycan-Gürcüstan münasibətlərində ən xırda detal belə müzakirə olunur" - AÇIQLAMA

 17:16 18.04.2025     161

"Gürcüstan-Azərbaycan münasibətlərinə baxarkən ilk diqqətimizi cəlb edən siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etdirilməsidir".

Bu fikri Redaktor.az-a politoloq Samir Hümbətov Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfərini şərh edərkən bildirdi.

"Azərbaycan ilə Gürcüstan arasında ən önəmli məsələlərdən biri, Gürcüstan və Azərbaycanın fərqli dinlərə malik olsalar da, ortaq mədəni dəyərlər formalaşdırma bacarığıdır. İqtisadi, ticarət, siyasi əlaqələrdə vahid mövqe ortaya qoymaq, təhlükəsizlik arxitekturasında eyni nöqtədən çıxış etmək bacarığını nümayiş etdirmək önəmlidir. Əlaqələrimiz inkişaf xətti üzrə davam edir".

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloq bildirdi ki, iki dövlət arasında münasibətlər demək olar ki, hər gün inkişaf etməkdədir.

"Ən xırda detal belə müzakirə olunur. Tərəflər arasında soyuq münasibətlər yoxdur. Azərbaycan və Gürcüstan arasındakı əlaqələrə baxarkən yalnız Azərbaycana səfərlərlə deyil, ondan əvvəlki dövrdə olan münasibətlərə də nəzər saldıqda aydın görmək olur ki, münasibətlər daha gözəl perspektiv vəd edir", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI