Kaya Kallasın Azərbaycana səfər proqramı məlum oldu - YENİLƏNİB

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub.
Redaktor.az Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən verilən məlumata görə 25 aprel tarixində Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Bakı şəhərində olacaq.
Bildirilib ki, Ali Nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşəcək.
Həmçinin, Kallas Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə də görüş keçirəcək. Görüşdən sonra mətbuat üçün açıqlamalar veriləcək.
Günün ikinci yarısında isə Kaya Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.
***
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.
Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.