“Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır” - BƏYANAT

“Bu günlərdə Erməni Apostol Kiləsi və əsas hədəfi guya mədəni irsin qorunması olan “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu bəyanatlar yayıblar”.
Redaktor.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Qeyd edilib ki, Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim edilmiş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlara qarşı çıxır:
“Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana olmazın iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinə və 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır.
Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayır və beynəlxalq ictimaiyyəti cc və qorunması üçün bu dövlətə təzyiq etməyə çağırır”.