Azərbaycan və Çexiyanın diplomatik nümayəndələri Suriyadakı vəziyyəti müzakirə ediblər

 23:29 24.04.2025     71

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Çexiya səfiri Vitezslav Pivonka ilə Suriyadakı durumu müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Yeni Suriyanın şahidi olduğu proseslər ətrafında fikir mübadiləsinin aparıldığı maraqlı görüş. Çexiya Respublikasının Dəməşqdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonkaya təşəkkürlər”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, çexiyalı diplomat 2014-2018-ci illərdə ölkəsini Bakıda təmsil edib. 2018-ci ildən 2024-cü ilədək isə Rusiyada səfir olub.