"Ermənistan əgər birgə bəyanata tez imza atsa, etimadı doğrulda bilər"

 10:25 25.04.2025     168

“Ermənistan rəsmiləri ATƏT-in Minsk Qrupunun buraxılmasına sülh müqaviləsi ilə birlikdə imza atacaqlarını vurğulayırlar. Guya bunu onlar özlüyündə Azərbaycana qarşı təzyiq vasitəsi kimi saxlayırlar”.

Bunu Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə ermənilər guya bununla Azərbaycana göstərmək istəyirlər ki, biz münaqişəni bitirməyə də bilərik:

“Əlbəttə ki, bu absurd fikirdir, münaqişə başa çatıb. ATƏT-in Minsk Qrupu məhz Qarabağ münaqişəsinə görə yaranmışdı və bu münaqişə də bitib. Yəni Ermənistanın hazırki mövqeyində qalması sadəcə olaraq bir Ermənistan cığallığıdır. Ermənistan əgər Minsk Qrupuyla bağlı birgə bəyanata daha tez imza atsa, əlbəttə ki, Azərbaycan qarşısında müəyyən dərəcədə etimadı formalaşdıra bilər. Amma görürük ki, Ermənistan əlində nəyisə olanda ondan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır, amma nəticədə yenə özü məğlub olur”.

Vasif ƏLİHÜSEYN