"Avropa ittifaqı Azərbaycanla əməkdaşlığa üstünlük verəcək"

 16:47 25.04.2025     137

"Avropa İttifaqının xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali komissari Kaya Kallas Bakıya gəlib. Avropa İttifaqı Azərbaycanla əlaqələrin inkişafında maraqlı görünür. Avropa ittifaqi Azərbaycanla təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək əzmindədir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, son illərdə İki tərəfli əlaqələrdə yaranmış müəyyən problemlər arxada qalmasi gözlənilir:

"Hazırda ABŞ ilə siyasi böhran yaşayan Avropa İttifaqı yeni güc mərkəzi olmaq istiqamətində siyasət həyata keçirir. Ötən ay Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə birgə sammit keçirdi. Avropa ittifaqı Mərkəzi Asiyadan neft- qazın və uranın daşınmasını Azərbaycan üzərindən həyata keçirməkdə maraqlıdır. Məhz Cənubi Qafqaza və Mərkəzi Asiyaya siyasətini Azərbaycan üzərindən həyata keçirilməsini nəzərdən keçirir.

Azərbaycan üzərindən keçən "Orta dəhliz" qısa və təhlükəsiz olması digər marşurutlardan rentabellidi. Demek olar ki, Brüssel Azərbaycanla müəyyən fikir ayrılıqlarını kənara qoyaraq ölkəmizlə münasibətlərdə yeni səhifə açır.

Qeyd edim ki, Avropa ittifaqının Mülki Missiyası Ermənistanla Azərbaycan sərhəddində müşahidə aparır. Bu ikitərəfli əlaqələrə kölgə salır. Azərbaycanın regionda artan siyasi və nəqliyyat imkanları Brüsselinn siyasətində korrektlər edəcək. Avropa İttifaqı "Zəngəzur" dəhlizinin açılmasına dəstək verməsi gözlənilir. Beynəlxalq və regional şərtlər dəyişdikcə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək".

Vasif ƏLİHÜSEYN