Prezident CAR-ın dövlət başçısını təbrik ETDİ

 11:25 27.04.2025     188

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə bu ölkənin Prezidenti Matamela Siril Ramafozanı təbrik edib.

Redaktor.az xəbər verir ki, məktubda qeyd olunub:

“Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.