"Ermənistan və onun siyasi elitası görüntülər yaradır ki, guya onlar sülh istəyirlər" - Tofiq Zülfüqarov

 14:58 28.04.2025     157

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu bildirilsə də, digər tərəfdən bu ölkənin hərbçiləri atəşkəsi pozmağa davam edir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistan fikir cəlb etmək istəyir.

"Ermənistan və onun siyasi elitası görüntülər yaradır ki, guya onlar sülh istəyirlər. Amma eyni zamanda təxribatdan əl çəkmirlər. Ermənistan və Azərbaycan münaqişəsi gündəm mövzusu deyil. Bu və ya digər təxribatlarla Ermənistanın məqsədi odur ki, bu mövzuya diqqəti cəlb etsin", - deyə diplomat bildirdi.

Aytəkin TOFİQQIZI