"Pezeşkian azərbaycanlı olaraq iki ölkə arasındakı əlaqələri inkişaf etdirməkdə maraqlıdır"

"İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinə iki yanaşma var. Birinci yanaşma odur ki, Pezeşkian azərbaycanlı olaraq iki ölkə arasındakı əlaqələri inkişaf etdirməkdə maraqlıdır və bu istiqamətdə ciddi irəliləyiş qeydə alınacaq. İkinci yanaşmaya görə isə, Pezeşkian xoş niyyətli olsa da, onun başı üstündəki qüvvələr iki ölkə arasındakı münasibətlərin inkişafına əngəl olacaq, təxribatlarından vaz keçməyəcəklər".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İran Prezidenti Məsud Peşezkianın Azərbaycana səfərini şərh edərkən deyib. O, bildirib ki, bu reallıq dəyişməyincə münasibətlərdən müsbət sıçrayış gözləmək çətin olacaq:
"Bunlardan hansının üstünlük qazanacağını zaman göstərəcək, təəssüf ki, İranda Azərbaycanla bağlı siyasəti müəyyənləşdirən fərqli güclər var və həmin güclərin baxışları Pezeşkianın baxışlarından fərqlənir. Bu reallıq dəyişməyincə, İran-Azərbaycan münasibətlərində müsbət sıçrayış gözləmək çətindir".
Vasif ƏLİHÜSEYN