"Meydan Babayevin və ətrafındakıların dedikləri əsassızdır" - Mütəllim Rəhimov

"Bu gün Ədalət Partiyasında çox çiddi hadisələr baş verməkdədir. Ədalət Partiyasında bir qrup şəxs, təxminən üzv olan 7 nəfər aprelin 26-da toplaşaraq mənim işdən azad olmağımla bağlı "qərar" qəbul ediblər, bunu yayıblar. Bunun hüquqi əsası yoxdur".
Redaktor.az xəbər verir ki, bunu Ədalət Partiyasının təşkilatı məsələlər üzrə müavini Mütəllim Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirdi.
"Bizim Siyasi Şuranın 10 üzvündən 7-sinin iştirakı ilə Ali Məclisin çağırılmasına qərar verilib. Bir nəfər sonradan imtina edib. Meydan Babayev məclisdən xəbəri olmadığını bildirib. Bu doğru deyil.
Meydan Babayevin və ətrafındakıların dedikləri əsassızdır. Ədalət Partiyasinin Ali Məclisinin iclasının 65 üzvü var. 56 nəfər təşkilatın təmsilçiləridir. 9 nəfər isə 8-ci qurultayda Ali Məclisə seçiliblər", - deyə o qeyd etdi.
"Bu gün partiyada yaşananlar daxildə problemlər yaradır. Əks tərəf medianın humanist yaşanmasından istifadə edərək yalan məlumatlar dövriyəyə buraxır.
Partiyada baş verən hərəkətlərin nəzarəti Mərkəzi Nəzarət Təftiş Komissiyasindadır. 26 apreldə Komissiya öz qərarını açıqlayıb, qərarda pozuculuq fəaliyyəti aparanlara qiymət verilir", - deyə M.Rəhimov əlavə edib.
Aytəkin TOFİQQIZI